Hemkar hesabınızın silinməsi
Son yenilənmə: 4 oktyabr 2026
Bu səhifə Hemkar tətbiqində (tərtibatçı: Nihad Abdullayev) hesabınızı necə silməyi və məlumatlarınızla nə baş verdiyini izah edir.
Tətbiqdə
- Hemkar-ı açın və daxil olun.
- Profil → Hesabı sil bölməsinə keçin (Digər → Hesab bölməsində də var).
- Nə baş verəcəyini oxuyun və “Davam et” düyməsinə toxunun.
- Şifrənizlə təsdiqləyin.
Tətbiq olmadan
Hemkar hesabınızın email ünvanından [email protected] ünvanına “Hesabımı silin” mövzusu ilə yazın və şirkətinizin adını qeyd edin. Sorğunu təsdiqləyib eyni qaydada icra edirik.
Dərhal nə baş verir
- Bütün cihazlarda hesabdan çıxırsınız və artıq daxil ola bilmirsiniz.
- Həmkar siyahılarından və canlı reytinqlərdən çıxarılırsınız.
- Şirkətinizin adminlərinə bildiriş gedir.
30 gün sonra
Adınız, emailiniz, telefon nömrəniz, doğum tarixiniz, şəkliniz, addım tarixçəniz və bildiriş ayarlarınız birdəfəlik anonimləşdirilir və ya silinir.
Nə qalır
- İştirak etdiyiniz şirkət qeydləri (elanlar, tədbirlər, təşəkkürlər, challenge nəticələri və mükafatlar, təhlükəsizlik jurnalı) qalır, adınızın yerində “Keçmiş əməkdaş” görünür.
- Anonim sorğu və check-in cavabları yalnız ümumi nəticələrdə qalır və sizə bağlana bilməz.
- Göndərdiyiniz rəylər şirkətdə adınız olmadan qalır.
Fikrinizi dəyişdiniz?
30 gün ərzində şirkətinizin HR komandasından sorğunu ləğv etməsini xahiş edin. Bundan sonra anonimləşdirmə geri qaytarıla bilmir.
Şirkət admini hesabları
Admin hesabları tətbiqdən silinmir. [email protected] ünvanına yazın.