Dəstək
Son yenilənmə: 4 oktyabr 2026
Hemkar tətbiqi ilə bağlı köməyə ehtiyacınız var? Burada tez-tez verilən sualların cavabları və bizimlə əlaqə yolları var.
Bizimlə əlaqə
Email: [email protected]
Hemkar hesabınızın email ünvanından yazın və şirkətinizin adını qeyd edin. Tətbiqdən yazsanız (Digər → Kömək), qısa texniki qeyd avtomatik əlavə olunur. Heç vaxt şifrə, giriş kodu və ya sağlamlıq məlumatı göndərməyin.
Şirkətinizin HR-ı üçün suallar
Dəvətləri və girişi şirkətinizin HR komandası idarə edir. Bu hallarda onlara müraciət edin:
- dəvət almamısınız və ya dəvət səhv emailə gedib;
- girişiniz deaktiv edilib;
- mükafatlar, sorğular və ya şirkət məzmunu ilə bağlı sualınız var;
- hesabın silinməsi sorğusunu ləğv etmək istəyirsiniz.
Daxil ola bilmirəm
- İlk dəfə: “Dəvətimi aktivləşdir” düyməsinə toxunun və dəvətdəki email ünvanını daxil edin.
- Şifrəni unutmusunuzsa: giriş ekranında “Şifrəni unutmusunuz?” düyməsinə toxunun.
- Girişinizin deaktiv edildiyini görürsünüzsə, şirkətinizin HR komandasına müraciət edin.
Addımlarım yenilənmir
- iPhone: Ayarlar → Sağlamlıq → Məlumatlara giriş və cihazlar → Hemkar bölməsini açın və Addımlara icazə verin.
- Android: Health Connect → Tətbiq icazələri → Hemkar bölməsini açın və Addımlara icazə verin.
- Sonra Hemkar-ı açın; addımlar tətbiq açılanda sinxronlaşır. Bundan başqa challenge-ə qoşulmalı və tətbiqdə addım razılığını verməlisiniz.
Bildirişlər gəlmir
- Hemkar-da Digər → Bildirişlər bölməsini açın və bu telefon, həmçinin istədiyiniz kateqoriyalar üçün bildirişlərin açıq olduğunu yoxlayın.
- Telefonun ayarlarında Hemkar üçün bildirişlərə icazə verildiyini yoxlayın.
- Bildirişlər şirkət vaxtı ilə 21:00–09:00 arası göndərilmir, səhər gəlir.
Hesabın silinməsi
Tətbiqdə Profil → Hesabı sil bölməsini açın. Məlumatlarınızla nə baş verdiyi “Hesabın silinməsi” səhifəsində izah olunur.